Polis ABŞ-da maşını etirazçıların üzərinə sürdü - VİDEO

Polis ABŞ-da maşını etirazçıların üzərinə sürdü - VİDEO

ABŞ-da polis zorakılığı davam edir.
 
Maide.Az "İHA"a  istinadla xəbər verir ki,  ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərindəki Patton Parkda, ölkədə irqçiliyə və polis zorakılığına etiraz etmək üçün bir araya gələn vətəndaşların üzərinə polis avtomobili sürüb. Hadisədə 6 nəfər yaralanıb.
 
Detroit Təhlükəsizlik  Xidməti Müdiri Ceyms Kreyq, hadisə ilə əlaqədar verdiyi açıqlamada hadisəni törədən polisin  heç bir cəza almadıığını və  həmin hadisəni törədən polislərin  tutduqları vəzifədə xidmətlərini davam etdirdiklərini açıqlayıb. 
 
Etiraz edənlərin polisə təhrik etdiyini ifadə edən C.Kreyq, polisin düzgün hərəkət etdiyini iddia edib. Polis rəisi nümayişçilərin polisi döyməyə çalışdıqlarını vurğulayıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru