Polis bölməsində daha bir müəmmalı ölüm hadisəsi baş verib

Polis bölməsində daha bir müəmmalı ölüm hadisəsi baş verib

Polis bölməsində daha bir müəmmalı ölüm hadisəsi baş verib. 30 yaşlı Şəki şəhər sakini Məmmədov Qalibi polisə aparıb daha sonra nəşini ailəsinə təhvil veriblər. 
Maide.Az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Güləliyev öz facebok səhifəsində məlumat verib. 
“Anasının bildirdiyinə görə, onu may ayının 11-də səhər evdən zorla polisə aparıblar. Polisdən həmin gün 17:30 radələrində meyiti gəlib. Rəsmi məlumatda onun özünün asdığı qeyd olunsa da ailəsi Qalibin polis şöbəsində öldürüldüyünü deyir.”-deyə O.Güləliyev bildirib. 
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi O.Güləliyev daha əvvəllər də analoji hadisələrin baş verdiyini deyir.  “Xatırlayırsınızsa polis bölməsində oxşar hadisələr son illər çox təkraralanır. Mingəçevir, Xəzər, Astara, Sumqayıt, Qazax və digər rayonlarda sap- sağlam şəkildə polis bölməsinə aparılan şəxslərin ordan meydi çıxıb. Adını da qoyublar ki, özlərinə qəsd ediblər və ya ürəyi dayanıb (!?). Əvvəla ailə üzvlərinin, şahidlərin verdiyi məlumatlar və mərhumların yayıldığı fotolarda aydın olurdu ki, həmin şəxslər döyülərək ağır işgəncə nəticəsində dünyasını dəyişib. Digər tərəfdən sual oluna bilər: polis bölməsi məgər intihar yerdirmi və ya niyə sağlam insanlar ora düşəndən sonra ürəyi dayanır, dünyasını dəyişir? Orda insan ölümünə  səbəb olan hansı rejim, hansı təhlükə var?” 
O. Güləliyev hesab edir ki, Qalib Məmmədov də işgəncə nəticəsində həyatına son qoyulmuş növbəti qurbandır. “Elə deyilsə Qalibin Şəki rayon Polis şöbəsində olduğu müddətdə onunla bağlı olan video görüntüləri və mərhumun ölümündən sonrakı foto görüntüləri yayılsın” - deyə hüquq müdafiəçisi bildirib.
 

Google+ WhatsApp ok.ru