Polis Dağıstanda Azərbaycan vətəndaşlarının etiraz aksiyasını qəddarcasına  dağıdıb - VİDEO

Polis Dağıstanda Azərbaycan vətəndaşlarının etiraz aksiyasını qəddarcasına dağıdıb - VİDEO

Polis gözyaşardıcı qaz və dəyənəklərdən  istifadə edərək Azərbaycan vətəndaşlarının Kullardakı etiraz aksiyasını qəddarcasına  dağıdıb.
 
Bir çox etirazçı müxtəlif dərəcəli xəsarətlər alıb. Saxlanılanlar var.
 
“Azərbaycan dövləti haradadır, vətəndaşlarını niyə belə vəziyyətə gətirir və belə davranışa məruz qoyur. Bizi bu çöldə  taleyin ixtiyarına buraxıblar”, deyə  etirazçılardan biri deyib. 
 
Qeyd edək ki,  vtənə qayıtmasını gözləyən Azərbaycan vətəndaşları iyunun 15-də axşam Dağıstanın Qullar qəsəbəsində sərhəddə buraxılmaları tələbilə etiraz aksiyası keçiriblər. 
 
İyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra vəziyyət gərginləşib. 
 
Adamlar hamının buraxılmasını tələb edirlər. Onların sayı isə 600 nəfərdir.
 
Bakı vaxtı ilə saat 21.30-a yaxın hamı çadır düşərgəsindən və digər müvəqqəti yaşayış yerlərindən çıxıb və asfalt zavodunun qarşısındakı meydanda toplaşıb.
 
Etirazçıların bir qismi marşla sərhəddə getməyə çalışıb.

Google+ WhatsApp ok.ru