Polis forması ilə bərabər hicab geyməsinə icazə verildi - Niderlandiyada 22 Noyabr 2017 02:00 Dünya -- bu qərarın gələcəkdə qanuna dəyişiklik üçün zəmin yarada biləcəyi də istisna olunmur Niderlandiyada hüquq-mühafizə orqanlarında çalışan müsəlman qadınlar hicab geymək hüququna malikdirlər. Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki, müvafiq qərar, ölkənin İnsan Hüquqları Komissiyası tərəfindən qəbul edilib. Komissiya hüquq mühafizə orqanlarında müsəlman xanımların başörtüsünün qadağan olmasını ayrı-seçkilik hesab edib. Xatırladaq ki, Hollandiya qanunlarına əsasən, hüquq-mühafizə orqanlarına polis forması ilə yanaşı xidmətdə dini rəmzləri taxmaq qadağandır. Buna görə polisdə işləyən müsəlman qadınlar isə adi paltarlarla xidmət edirlər. Bu isə onların karierasına əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, polis forması ilə bərabər hicab geyilməsinə icazə verən qərar bütün polis əməkdaşlarına deyil, yalnız Komissiyaya şikayət verən Rotterdamlı Sara İzata şamil edilib. Ancaq bunun gələcəkdə qanuna dəyişiklik üçün zəmin yarada biləcəyi də istisna olunmur. Teqlər : #Polis forması ilə bərabər hicab geyməsinə icazə verildi Niderlandiyada , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransa polisi Rusiya senatoru, milyarder Kərimovu saxlayıb Həriri istefa qərarından vaz keçdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO