Polisin namaz qılanlara müdaxiləsi insidentlə nəticələndi - Video

Rusiyanın paytaxtı Moskvadakı məscidlərin birində cümə namazı vaxtı insident baş verib. 
 
Cümə namazından sonra polis tərəfindən bir gəncin saxlanması namaza gələnlərin narazılığına səbəb olub.
 
Kütlə polis avtomobilini əhatəyə alaraq gənci azad etməyə çalışıb. İnsident nəticəsində 30 nəfər saxlanılaraq, polis bölməsinə aparılıb.
 
Moskva polisinin rəsmisi Andrey Qaliakberov məsələ ilə bağlı 30 nəfərin həbs olunduğunu deyib.
 
“Məhkəmə həbs olunanlardan bəziləri haqda inzibati və pul cəriməsi hökmünü çıxarıb.  İki nəfər isə insanları təxribata çağırmaqda və polisə hücum etməkdə ittiham olunaraq, istintaqa cəlb olunub”, - Qaliakberov deyib.
 
İki nəfərin günahı sübuta yetirilərsə, onları 10 ilə qədər həbs cəzası gözləyir. 

Google+ WhatsApp ok.ru