Polis RATİ-nin mühasirədə saxladığı ofisinə girib - FOTO

Son məlumata görə, polislər RATİ-nin ofisinə daxil ola biliblər. 
 
Belə ki, hadisə yerinə RATİ-nin ofis üçün icarəyə götürdüyü mülkün hüquqi sahibi çağırılıb. 
 
Mülkin sahibi RATİ-nin əməkdaşlarından qapını açmağı xahiş edib. 
 
Təşkilatın əməkdaşları onun xahişindən sonra qapını açıblar. Bundan sonra polislər ofisə daxil olublar. 
 
Ancaq polislər ofisə hansı səbəbdən daxil olmaları barədə mətbuat nümayəndələrinə hər hansı məlumat verməkdən yayınıblar.
Qeyd edək ki, bu gün günorta saatlarında Reportyorların azadlığı və təhlükəsizliyi İnsitutunun ofisini polis və mülki geyimli şəxslər mühasirəyə alınmışdı. Musavat /
 

Google+ WhatsApp ok.ru