Politoloq: `Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacağı inandırıcı deyil`

Politoloq Elxan Şahinoğlu Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçiriləcək görüşünə münasibət bildirib. E.Şahinoğlu hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacağı inandırıcı deyil: "Əks halda əvvəlki prezidentliyi dövründə ciddi addımlar atardı. Onun Soçidə bizə yeganə yaxşılığı Kəlbəcərdə girov götürülən soydaşlarımızın sərbəst buraxılmasına Ermənistan prezidenti Sərkisyanı inandırması olardı. Özü də söhbət Rusiya vətəndaşı olan azərbaycanlılardan gedir". 

Google+ WhatsApp ok.ru