Pompeodan Hindistan-Pakistan insidentinə - Reaksiya

Pompeodan Hindistan-Pakistan insidentinə - Reaksiya

"ABŞ Hindistanın Pakistandakı terrorçuların təlim düşərgəsinə zərbə endirməsini dəstəkləyir."
 
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Adcit Dovalla telefon danışığı zamanı deyib. Tərəflər arasında telefon danışığı dünən gecə saatlarında gerçəkləşib.
 
Ötən gün Ağ Evdən verilən açıqlamada isə iki ölkə arasındakı gərginlikdən “narahatlıq” ifadə edilmişdi.
 
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinə qarşı törədilən teraktdan sonra kəskinləşib. Bu teraktın ardınca Hindistan Pakistandakı terror təşkilatının təlim düşərgəsinə zərbə endirib. Pakistan isə sərhədini pozan 2 Hindistan qırıcısını məhv edib.
 

Google+ WhatsApp ok.ru