Portuqaliyada meşə yanğını: 62 ölü

Portuqaliyada meşə yanğını: 62 ölü

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
 
Bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.
 
İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 
 
Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib. (apa) /

Google+ WhatsApp ok.ru