İpoteka kreditlərinin şərtləri sadələşdiriləcək

Hökumət ipoteka kreditlərinin şərtlərini sadələşdirmək öhdəliyi götürüb

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb.
 
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ipoteka kreditlərinin verilməsi şərtləri sadələşdirilməsinı nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək istiqamətində çalışacaqlar.
 
Baş Kollektiv Sazişdə inhisarçılığı qarşı yeni mübarizə formaları da əksini tapıb. Tərəflər təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə edəcək, istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparacaq və onların nəticələrini geniş ictimaiyyətə çatdıracaq. Eyni zamanda Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görüləcək, idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçiriləcək. apa /
 

Google+ WhatsApp ok.ru