İpoteka kreditlərinin şərtləri sadələşdiriləcək

İpoteka kreditlərinin şərtləri sadələşdiriləcək

İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.
 
Bu,  Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
 
Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.
 
Bundan başqa, güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri də əlavə ediləcək.  /Sputnik 

Google+ WhatsApp ok.ru