Prezident: 'Azərbaycan hər zaman Fələstin Dövlətinin yanındadır'

Prezident: 'Azərbaycan hər zaman Fələstin Dövlətinin yanındadır'

-- Prezident Fələstin Dövlətinin xarici işlər naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.
 
Maide.Az "azərtac"-a istinadən xəbər verir ki,  R.Malki Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
 
Prezident İ.Əliyev isə Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb.
 
Aprelin 5-dən 6-na kimi Bakıda «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.
 
1961-ci ildə yaradılan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
 
Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi etməlidir. 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.
 

Google+ WhatsApp ok.ru