Prezidenti tənqid edən məcburi köçkünün həbs edildiyi bildirilir

Prezidenti tənqid edən məcburi köçkünün həbs edildiyi bildirilir

“Turan” TV-də İlham Əliyevi sərt tənqid etdiyinə görə İsmayıllı rayon sakini, ictimai fəal Sərhəd Əliyevin həbs edildiyi bildirilir. Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev “Facebook” səhifəsində yazıb.
 
O bildirir ki, Sərhəd Əliyevə 30 suktalıq inzibati həbs cəzası verilib: “Cəzanın sonrası necə olacaq bəlli deyil”.
 
Hüquq müdafiəçisi bu addımı humanist sərəncamın qeyri- humanist nəticəsi kimi qiymətləndirir:
“Son günlər rəsmi təbliğat vasitələri İlham Əliyevin imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamı müzakirə edir və sənədin humanistliyindən ağız dolusu danışırlar. Sərəncamın qısaca məğzi ondan ibarətdir ki, guya bundan sonra insanlar haqqında həbs qətimkan tədbiri ancaq zəruri hallarda çıxarılacaq. Sərəncamın mürəkkəbi qurumamış tənqidə görə adam həbs edirlər”.(Meydan TV)
 

Google+ WhatsApp ok.ru