Prezidentin ‘Kovid-19’a qarşı içdiyə bitki dərmanına tələb artmaqdadır

Prezidentin ‘Kovid-19’a qarşı içdiyə bitki dərmanına tələb artmaqdadır

Madaqaskarın yeni növ koronavirusa (Kovid-19) qarşı istehsal etdiyi "Covid Organics" bitki dərmanını Seneqaldan sonra Qvineya Bisauu da istəyib.
 
Maide.Az xəbər verir ki, Madaqaskar prezidenti Andri Rajoelina Twitter hesabında bildirib ki, Qvineya Bissau prezidenti Umaro Sissoco Embalo video konfransda "Covid Organics"i ölkəsinə və qonşu ölkələrə tədarük etməyi təklif edib.
 
Madaqaskar prezidenti Embaloya təşəkkür edərək, Qvineya Bisaunun dərmanları şəxsi təyyarə ilə aparacağını söyləyib.
 
Qvineya Bissau prezidenti dərmanı ölkəsində "Kovid-19"a yoluxan insanlarda istifadə edəcəklərini bildirərək, "bu kəşfə inanıram, Afrikaya afrikalılar kimi inanmalıyıq", - deyib.
 
Seneqal Madaqaskardan "Covid Organics" sifariş edən ilk ölkə olub. Konqo Demokratik Respublikasının prezidenti Feliks Tshisekedi Madaqaskarlı həmkarını təbrik edib və dərmanla maraqlandıqlarını bildirib.
 
Qeyd edək ki, Madaqaskar Tətbiqi Tədqiqat İnstitutu (IMRA) alimləri ölkədə malyariyanın müalicəsində istifadə olunan artemisia bitkilərinin qarışığı olan "Covid Organics" immun gücləndiricisini hazırlayıblar.
 
IMRA baş direktoru Çarles Andrianjara dərmanın profilaktik təsirlə yanaşı, müalicəvi təsir etdiyini də vurğulayıb.
 
Çinli alim Youyou Tuya kəşf edib saflaşdırdığı üçün 2015 Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazandıran artemisin maddəsi uzun müddətdir laboratoriyalarda sınaqdan keçirilirmiş.
 
Rajoelina "Kovid-19"-a qarşı hazırladıqları dərmanı aprelin 20-də kameralar qarşısında şəxsən içib.
 
Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanların və ənənəvi tibbin "Kovid-19" simptomlarını yüngülləşdirdiyini etiraf edib, lakin bu maddələrin xəstəliyin qarşısını aldığı və ya sağalacağına dair bir dəlil olmadığını bildirib.

Google+ WhatsApp ok.ru