Prezidentin müavini: `İrana səfər edən Azərbaycan vətəndaşları bəzi problemlərlə üzləşir`

Prezidentin müavini: `İrana səfər edən Azərbaycan vətəndaşları bəzi problemlərlə üzləşir`

Azərbaycan və İran arasında aviareyslərin sayı artırılacaq. Bunu APA-nın Tehran bürosuna İran prezidentinin müavini və Mədəni irs, Turizm və Əl işləri sənayesi Təşkilatının sədri Məsud Sultanifər deyib.
 
M. Sultanifər deyib ki, İran iki ölkə arasında sərnişindaşımanın həcminin artırılması üçün aviareyslərin sayının artırılmasını diqqətdə saxlayır.
 
"Bizim apardığımız araşdırmalar göstərir ki, İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları bəzi problemlərlə rastlaşır. Onlardan biri sərhəd keçid məntəqəsində sıxlığın olması və vətəndaşların qalması üçün yerlərin məhdud olmasıdır. Hər iki problem aradan qaldırılmalıdır".
 
Prezidentin müavini əlavə edib ki, rəsmi Tehran Azərbaycan tərəfinin İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyinə ümid edir.
 
"Biz qarşımıza məqsəd qoymuşuq ki, ölkəmizə səfər edən Azərbaycan vətəndaşları üçün bütün lazımi şərait yaradılsın", - deyə M. Sultanifər bildirib.
 

Google+ WhatsApp ok.ru