Prezidentin müşavirini tort `atəş`inə tutdular (VİDEO)

Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra etmiş “Azadlıq” millətçi partiyasının üzvü Oleq Maxniçskiyə Kiyevdə mətbuat konfransında tort atıblar. 
 
“Qafqazinfo”nun ans-ə istinadən məlumatına görə, beş nəfər aksiya iştirakçısı heç bir tələb irəli sürməyib.
 
Ukrayna prezidentinin müşaviri hadisə zamanı zərər çəkməsə də yalnız pencəyi batıb.
 
Tort siyasətçiyə atılan zaman Maxniçski cəld tərpənərək hədəfdən yayına bilib. Milis hadisədə iştirak edən iki dələduzu saxlaya bilib.
 
Oleq Maxniçski mətbuat konfransının gedişatında bildirib ki, ona qarşı informasiya kampaniyası açılıb və onu gözdən salmağa çalışan qüvvələr var. O, istisna etməyib ki, bu işdə onun Baş prokurorluğun başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı zaman istintaq apardığı insanlardan kiminsə əli ola bilər.
 
Qeyd edək ki Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra etmiş Oleq Maxniçskini iyunun 18-də Vitali Yarema əvəz edib. Növbəti gün Ukrayna prezidenti Pyotr Poroşenko Maxniçskini öz məsləhətçisi təyin etmişdi.

Google+ WhatsApp ok.ru