Prezidentin mitinqində izdiham - 10 ölü

Prezidentin mitinqində izdiham - 10 ölü

Mozambik Prezidenti Filipe Nyusinin mitinqində yaşanan izdihamda 10 nəfər ölüb, 98 nəfər isə yaralanıb.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nampula bölgəsindəki stadionda baş verib.
 
Mitinqə gedən insanlar bir qapıdan keçərkən bir-birilərinə yol verməyiblər. Nəticədə sıxlıq yaranıb və insanlar bir-birilərini tapdalayıblar.
 
Məlumata görə, xəsarət alanlardan 8 nəfərin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.
 
Qeyd edək ki, Nyusi 15 oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə seçiciləri ilə görüşlər keçirir.

Google+ WhatsApp ok.ru