Prezident maaşını xeyriyyə vəqfinə bağışlayacaq

Prezident maaşını xeyriyyə vəqfinə bağışlayacaq

Gürcüstan prezidenti Salome Zurabişvili bütünü maaşını xeyriyyə vəqfinə bağışlayacağını açıqlayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Ehtiyat Fondu”nun ləğv edildiyini bildirən prezident, öz nəzarətində yeni vəqfin qurulacağını və maaşını da ora verəcəyini deyib:
 
“Sədəqə və yeni təşəbbüslərin təşviq edilməsi lazımdır. Prezident isə belə addımların dəstəkçisi olmalıdır.
 
Buna görə də ilk olaraq öz maaşımı vəqfə göndərəcəm. Ümid edirəm digər insanlar mənim ardımca gələcəklər”.
 

Google+ WhatsApp ok.ru