Prezident Tacikistan gənclərinin İŞİD-ə qoşulmasına görə narahatdır

Tacikistan prezidenti İmaməli Rəhman ölkə gənclərinin terrorçu İŞİD qruplaşmasına qoşulmasına görə narahatçılığını bəyan edib və İŞİD-i  müasir dövrün taunu adlandırıb.

 
Maide.az-ın Frans-Press-ə istinadən məlumatına görə,İ.Rəhman deyib ki, İŞİD müasir dövrün taunu və dünya təhlükəsizliyi üçün böyük təhdiddir.
O əlavə edib ki, bu gün dünya boyu ifratçı və terrorçu hərəkatların fəaliyyətlərinin şahidiyik və 80 ölkədən qüvvə cəzb etmiş İŞİD bu qrupların ən təlükəlilərindəndir. "İŞİD-çilərin kənarında döyüşən gənclər öz ölkələrinə geri dönərkən cəmiyyət üçün təhlükə mənşəyi olacaqlar. Həmin gənclər Tacikistan üçün böyük təhdid hesab olunurlar, zira digər gəncləri də Suriya və İraqdakı ifratçı qruplara doğru istiqamətləndirəcəklər."
 
Qeyd edək ki, Tacikistanın təhlükəsizlik orqanlarının məlumatına görə, indiyədək  bu ölkənin 300-dən çox vətəndaşı  İŞİD-ə qoşulmaq və döyüşmək üçün Suriyaya gedib və onlardan  əlli nəfərinin ölümü təsdiqlənib.  /
 

Google+ WhatsApp ok.ru