Problem: Maşın bazarında alıcı böhranı

“Hazırda Azərbaycanın mаşın bazarlarında vəziyyət gərgindir”. Maide.az xəbər verir ki, bu barədə "azvision"a ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, mənzil bazarında ipoteka kreditləri hesabına satış mümkün olsa da, maşın bazarında bu yoxdur:
 
“Hal-hazırda avtomobil idxalının kəskin azalması baş verir. Bu da ondan irəli gəlir ki, son 1 il ərzində bazarda baş verən hadisələr və qəbul olunan qərarlar bütövlükdə bazarda dinamikanın aşağı dşməsinə gətirib çıxarıb. Hazırda avtomobil bazarında sahibkarların faktiki olaraq satışla bağlı problemləri yaranıb. Maşın bazarında satış demək olar ki, dayanıb. Əvvəllər bazarda satılan avtomobillərin çoxu kredit yolu ilə satılırdı. Kreditlə satış olmadığı üçün vəziyyət bir qədər də çətinləşib”.
 
Son günlər ölkədə manatın devalvasiyasının baş verməsi ilə əlaqədar avtomobili manatla, yoxsa dollarla satmaq insanları düşündürən əsas suallardandır. 
 
Bununla bağlı ekspert bildirib ki, mumiyyətlə maşın bazarında fəaliyyət göstərən sahibkarlar öz dövriyyələrini dollarla qurublar və hər zaman bu valyuta ilə işləyiblər. 

Google+ WhatsApp ok.ru