Problemlər çox, tədbir görən yox...

Dönər gündəlik həyatda daha çox tələbələrin və azmaaşlı insanların istifadə etdiyi yemək hesab olunur. Bakıda hər tinbaşı dönərxanaya rast gəlmək olar.

Çox vaxt dönər alan zaman özümüz özümüzə sual veririk: görəsən yediyim ət gerçəkdən mal ətidir?  

Toyuq ətindən hazıranan dönərin qadağan edilməsinə baxmayaraq, bu gün də satışı davam edir.

Mütəxəssislər deyirlər ki, dönər natəmiz, anti-sanitar şəraitdə hazırlandığından bu yemək növü münbit infeksiya, əsasən də mədə-bağırsaq infeksyası mənbəyi sayılır. Bakıda dönərxanalarla bağlı dəfələrlə tükürpədici, ürəkbulandırıcı xəbərlər yayılıb və hətta təsdiqlənib də: bir neçə dəfə eşşək və at ətinin dönərxanalarda istifadə olunması faktlarının aşkarlanması bu yemək növünü sevənlərin necə deyərlər, ürəyini ağzına gətirib.

Dönərxanalar sahiblərinə yaxşı gəlir qazandırır. Amma qazanılan pulların qarşılığında satılan dönər kababların dadı, keyfiyyəti standartlara cavab vermir. Obyektlərin təmizliyindən isə danışmağa dəyməz. Metronun “20 yanvar” stansiyasının çıxışı yaxınlığında xeyli dönərxana sıralanır. Bu obyektlər həmin ərazidən keçən tələbələrin və şagirdlərin, orada dayanan taksi sürücülərinin daha çox üz tutduğu məkanlardır.

Modern.az saytının əməkdaşı “20 yanvar” ərazisindəki dönərxanaların satıcılarını söhbətə çəkməyə çalışıb. Amma dönərxanaların işçiləri bizimlə hömsöhbət olmağa heç həvəsli olmadılar. 

Obyektlərdən birinin işçisi dedi ki, mal və toyuq ətini özləri marketlərdən donmuş şəkildə alır, sümükdən təmizləyirlər. Dediyinə görə, işlədiyi dənərxananın bütün sənədləri qaydasındadır. Hətta guya, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən də kağızları var. Amma müsahibimiz sənədlərə baxmaq istəyimizə razılıq vermədi.

Müsahibimiz buradakı dönərxanalara tərif vursa da, müşahidələr əksini göstərirdi, obyektlərdə təmizlikdən söhbət gedə bilməzdi. Bütün dönərxanaların içərisində və bayırında natəmizlik hökm sürürdü. Dönər aparatlarının üzərinə yığılan çirkə baxdıqca, düşünürsən ki, aidiyyatl qurumlar bunları görmürmü?

Dönərxanalarla yanaşı “peraşki” satılan köşklərdən isə heç danışmağa dəyməz. Bir sözlə, bu mənzərəyə tamaşa etdikcə düşünmək olar ki, çoxları yediyi “peraşki” və dönərlərin “hesabatını” yəqin bir müddət sonra xəstəxanalara ya da apteklərə vermək məcburiyyətində qalır. Bu obyektlərlə bağlı suallar çox, cavab verən və tədbir görənlər isə yoxdur. 

55g нное 6

55 руженное 6

 

Google+ WhatsApp ok.ru