Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib 16 Avqust 2017 01:00 Hüquq Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. APA-nın xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Proses davam edir. Teqlər : #Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qobustan həbsxanasına AİP sədri Mövsüm Səmədova göndərilənlər ona çatdırılmır Azərbaycanda cinayətlərin 5 faizdən çoxunu qadınlar törədib