Prokurorluq xalq etirazları barədə məlumatlara görə KİV-ləri cəzalandıracağı ilə hədələyir

Baş Prokurorluq bəyanat verərək bu ilin  yanvarında ölkə regionlarında xalq etirazları barədə “yalan” məlumatların yayılmasına görə bəzi saytlara xəbərdarlıq edib.
 
  Əsasən Jam.az,   Qaynar-media  və  Pia.a saytları yalan məlumatlar yaymaqda ittiham olunub.
 
“Bu KİV-lərdən reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoymaları tələb edilib. Tələbə məhəl qoyulmazsa prokurorluq daha ciddi tədbirlər görmək zorunda qalacaq”, - bəyanatda deyilir.
 
Prokurorluq bundan öncə daha bir sayta Qaynar.info-ya xəbərdarlıq edib.
 
Bundan əvvəl olduğu kimi, prokurorluq Mətbuat Şurasının yanvarda KİV-də keçirdiyi monitorinqin gəldiyi nəticələrə əsaslanıb.
 
Sözügedən KİV-lər həmçinin təxribat xarakterli çağırışlarda, müxtəlif şəhərlərdə etiraz aksiyalarının gözlənilməsi barədə xəbərlər yaymaqda ittiham olunublar.contact /

Google+ WhatsApp ok.ru