Prokuror Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Ruslan Mustafayev, Tural Həsənov, Tarıyel Musatafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 29-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər MTN-in əməkdaşları tərəfindən tutulublar.

Google+ WhatsApp ok.ru