Proqnoz: İş günü 4 saata salınacaq

Proqnoz: İş günü 4 saata salınacaq

İnsanlar daha çox səyahət edəcək
 
Yaxın 10 ildə dünya üzrə insanların iş günü 4 saata qədər azaldılacaq. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bunu Çinin məşhur "Alibaba" internet ticarət şirkətinin rəhbəri Cek Ma Detroytda keçirilən "Alibaba's Gateway" forumunda bildirib.
 
"Yaxın 10 ildə insanlar nəinki gündə 4 saat, ola bilər həftədə 4 gün çalışsınlar. Mənin babam kənd təsərrüfatı sahəsində gündə 16 saat çalışıb və düşünüb ki, çox məşğuldur. Biz isə həftədə 5 gün və gündə 8 saat çalışırıq və yenə də düşünürük ki, məşğuluq", - deyə C.Ma əlavə edib.
 
Biznesmen həmçinin insanların daha çox səyahət edəcəyini deyib: "Əmək bazarında dramatik dəyişikliklər ağır keçəcək". /

Google+ WhatsApp ok.ru