Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.
 
Maide.Az bildirir  ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Google+ WhatsApp ok.ru