Proqnozlar Bürosu: İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək

Proqnozlar Bürosu: İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək

-- Dağlıq ərazilərdə qar yağacaq

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.
 
Maide.Az bildirir ki, Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O bildirib ki, bu gün - fevral ayının 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".
 
G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".
 
Tibbi-meteoroloji proqnoza görə, fevralın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq yarada bilər.

 

Google+ WhatsApp ok.ru