Putin 2018-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq 21 Fevral 2017 02:00 Dünya Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlıq gedir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremldəki mənbələr həmin seçkilərdə Putinin sonuncu dəfə namizəd kimi iştirak edəcəyini və çox güman ki, qalib gələcəyini proqnozlaşdırırlar. “Hamı Putinin seçkilərdə iştirakını əsas götürüb. Hamı onu da bilir ki, bu onun prezidentliyə sonuncu namizədliyi olacaq. 2024-cü ildən sonra prezident qalmaq üçün nəyisə dəyişməyi düşünmür. O qanuna görə, bir də 2030-cu ildə prezidentlik yarışında iştirak edə bilər ki, bu da real görünmür”. Prezident administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kirienko seçkilərdə Putinin daha çox səs toplayacağına çalışacaqlarını deyib. Xatırladaq ki, Vladimir Putin 2000-ci ildə 53%, 2004-cü ildə 71,3% və 2012-ci ildə isə 63,6% səs toplayıb. / Teqlər : #Putin 2018ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda məhkəmə binasında terrakt Bəhreyn rejimindən daha bir cinayət - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO