Putin: “Yaxın Şərqdə problemlərin təməlində Fələstin-İsrail rejimi münaqişəsi durub”

Putin: “Yaxın Şərqdə problemlərin təməlində Fələstin-İsrail rejimi münaqişəsi durub”

Rusiyanın prezidenti Vladimir Putin Fələstin-İsrail rejimi münaqişəsinin Yaxın Şərqdəki bütün problemlərin bünövrəsində durduğunu bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Valday Müzakirə Klubunun ümumi iclasında danışan Putin, Fələstin-İsrail rejimi münaqişəsinə diqqət çəkərək bildirib ki, bu məsələnin həlli üçün hər şey edilməlidir: “Bildiyiniz kimi, Yaxın Şərqin bütün problemlərinin əsasında Fələstin-İsrail rejimi probleminin həll faktoru yer alır.
 
Yaxın Şərqə baxdıqda nəticədə hamımız bu problemlə qarşılaşacağıq. Bu səbəbdən bu problemin həllinə qovuşdurulması, İsrail rejimilə Fələstin arasında birbaşa təmasların olması, onlarla il ərzində davam edən bu böhranın həllində çoxtərəfli səylərin yenidən başlaması üçün hər şey edilməlidir”.
 

Google+ WhatsApp ok.ru