Putin: `ABŞ Rusiyanı təsiri altına salmaq istəyir`

`Onlar bizi alçaltmaq yox, bizi tabe etmək, bizim sayəmizdə öz problemlərini həll etmək istəyirlər`

"ABŞ Rusiyanı təsiri altına salmaq istəyir, lakin bu, hələ heç kimə qismət olmayıb, olmayacaq da". Maide.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ümumrusiya Milli Fondunun forumunda çıxışı zamanı bildirib.
 
O, rejissor Yuriy Karın çıxışı zamanı söylədiyi, "Amerika Rusiyanı alçaltmaq istəyir" sözünə şərh verərək deyib: "Bu belə deyil. Onlar bizi alçaltmaq yox, bizi tabe etmək istəyirlər, bizim sayəmizdə öz problemlərini həll etmək istəyirlər. Bizi təsirlərinə salmaq istəyirlər. Rusiya tarixində bu heç kəsə qismət olmayıb, olmayacaq da."
 
Rusiya prezidentinin bu sözləri alqışlarla qarşılanıb. 
 
Putin əlavə edib ki, ABŞ öz mütəfiqqlərinə qarşı belə siyasəti uğurla həyata keçirir. 
 
O, əmindir ki, ABŞ-ın həmkarları öz milli mənafelərinə zərər olaraq, "anlaşılmayan əsaslarla və anlaşılmaz perspektivlərlə özgə milli maraqlarını müdafiə etməyə çalışırlar". 
 
"Mən hətta bəzi vaxtlarda düşünürəm; axı öz milli dəyərlərini itirmək bahasına Avropanın, Qərbin dəyərlərini qorumaq adətən bir neçə problemdən xəbər verir. Bincisi, bu ümumi maraqların ortaq meyarları yoxdur, ikincisi isə bunun arxasında mütləq bir və ya bir qrup ölkənin geosiyasi maraqları dayanır", - deyə Putin söyləyib. 
 
Putinin fikrinə görə, dünyada vəziyyəti gərginləşdirməyi heç kim istəmir, hətta ABŞ vətəndaşları belə.
 
Forum iştirakçılarının suallarına cavab verərkən Putin bildirib ki, Rusiya vətəndaşlarının əksəriyyəti Amerikanı və Amerika vətəndaşlarını sevir, lakin dövlətin yürütdüyü siyasəti dəstəkləmir.

Google+ WhatsApp ok.ru