Putin: İŞİD terrorçularının yenidən qruplaşması riski hələ də var

Putin: İŞİD terrorçularının yenidən qruplaşması riski hələ də var

Rusiya prezidenti Vladimir Putin hər il mütəmadi olaraq keçirilən və ictimaiyyət üçün canlı yayımlanan Böyük Mətbuat Konfransında gündəmə dair açıqlamalar verib.

 

Putin, iqtisadiyyatdan daxili siyasətə, beynəlxalq məsələlərdən Rusiyadakı sosial problemlərə qədər müxtəlif sahələrdə açıqlamalar verib.

 

ABŞ-ın Suriyadan çıxmasına münasibət bildirən Putin "ABŞ bundan əvvəl dəfələrlə Əfqanıstandan çəkiləcəyini bildirmişdi, lakin hələ də oradadırlar", deyə açıqlama verib


"İŞİD-in Suriyada məğlub olması məsələsində ABŞ Prezidenti Donald Tramp ilə ümumi olaraq eyni fikirdəyəm. Amma İŞİD terrorçularının yenidən qruplaşması riski hələ də var. ABŞ əsgərlərinin Suriyadan çəkiləcəyini bilmirəm. Biz hələ ki, hər hansı bir geri çəkilmə əlaməti görmürük" - deyə Putin sözlərinə əlavə edib. /sputniknews/

Google+ WhatsApp ok.ru