Putin: İqtisadi böhrandan çıxmaq üçün bizə iki il lazımdır

Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında 1259 jurnalist iştirak edir. Konfrans neftin qiyməti, rublun düşməsi və hökumətdə gözlənilən istefalarla bağlı şayiələrə həsr olunub. 
 
Suallara cavab verərkən Putin bildirib ki, neftin qiyməti bundan sonra da düşə bilər və Rusiya lazım olan tədbirləri görəcək: “Bizim iqtisadiyyatımız bu vəziyyətdən çıxacaq. İndiki vəziyyət uzağı iki il davam edə bilər”.
 
Putinin sözlərinə görə, Rusiya iqtisadiyyatındakı geriləmə 2015-ci ilin birinci rübündən etibarən düzələ bilər. `Əgər iqtisadi vəziyyət pisləşərsə, planlarımıza dəyişikliklər etməli olacağıq. Hazırda hökumət adekvat tədbirlər görməyə davam edir`-Putin deyib.
 
Rusiya prezidenti rublun dəyərinin artacağına ümid etdiyini bildirib: “ Hökumət sosial öhdəlikləri qoruyub saxlamağa çalışacaq”.
 
Rusiya Ukrayna əlaqələrinə gəlincə, Rusiya prezidenti Vladimir Putin,”Rusiyanın Ukrayna ilə bağlı tutduğu yol ən doğru yoldur. Sədd çəkməyə son qoyub ümumi humanitar məkan yaratmaq lazımdır” deyib. 

Google+ WhatsApp ok.ru