Putin: İran müqavilədən çıxsa, ABŞ-ın birinci çıxdığını hamı unudacaq

Putin: İran müqavilədən çıxsa, ABŞ-ın birinci çıxdığını hamı unudacaq

Rusiyanın prezidenti Vladimir Putin bildirib ki, İran nüvə müqaviləsindən çıxdığını açıqladığı təqdirdə, ABŞ-ın ilk geri çəkildiyi tərəf olduğunu hamı unudacaq.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Soçidə Avstriyanın prezidenti Van der Bellenlə görüşən Putin, görüşdən sonra təşkil ounan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
İranla nail olunan Hərtərəfli Birgə Fəaliyyət Planına (JCPOA) toxunan Putin, belə danışıb: “İndi bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar çıxdı, müqavilə dağılır və Avropa ölkələri onu xilas etmək üçün, iqtisadi sahədəki itikiləri kompensasiya etmək üçün İranla həqiqi bir fəaliyyət üçün heç bir şey edə bilmir. Ancaq İran cavab olaraq, ilk addımları atan kimi, hamı dağılmağı başladan tərəfin ABŞ olduğunu unudacaq və hər şeyin günahı İranın üzərinə atılacaq. Dünya ictimaiyyəti də bilərəkdən həmin istiqamətə tərəf hərəkət edəcək”.
 
İranlı rəsmilərlə görüşündə bu mövzunu bir neçə dəfə qeyd etdiyini çatdıran Putin, sözlərini belə davam etdirib: “Nələrin olacağını görəcəyik. Rusiya bir yanğınsöndürmə dəstəsi deyil, tamamilə bizə aid olmayan mövzularda hamını ardıcıl xilas edə bilmərik. Biz öz rolumuzu oynadıq, gələcəkdə də eyni pozitiv obrazda olmağa hazırıq. Ancaq bu sadəcə bizə aid bir vəziyyət deyil. ABŞ da, Avropa ölkələri də, İran da daxil olmaqla bütün tərəfdaşlara, bütün tərəflərə aid bir vəziyyətdir.
 
Razılaşmanın dağılması bizi məyus etdi. Bizim mövqeyimiz amerikalılar daxil olmaqla bütün tərəfdaşlarımız bilsin ki, bu razılaşmanın qorunması üçün idi. Razılaşma imzalandıqdan sonra, İran bu çərçivədə dünyanın yoxlamaya açıq və ən şəffaf ölkəsi idi”.
 

Google+ WhatsApp ok.ru