Putin: `Rusiya və Misir dünya cəmiyyəti ilə birlikdə terrorçulara qarşı mübarizəyə nail olacaq`

Putin: `Rusiya və Misir dünya cəmiyyəti ilə birlikdə terrorçulara qarşı mübarizəyə nail olacaq`

Rusiya prezidenti Vladimir Putin Misir prezidenti Əbdulfəttah Əs-Sisiyə Tanta şəhərində baş verən terror aktlarının səbəb olduğu faciənin nəticələri ilə bağlı başsağlığı teleqramı göndərib.
 
Kremlin mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, Putinin başsağlığı mətnində bu ifadələr qeyd olunub: "Dini mərasimlər vaxtı həyata keçirilən hücum, cinayətin törədildiyi mərhəmətsizlik və sinizm şoka salır. Terrorçuların sadəcə insanları qorxutmaqla kifayətlənməyib müxtəlif dini məzhəblərdən insanların arasını vurmaq istəməsi də ortadadır. Ancaq məqsədlərinə nail olmayacaqlarına əminəm. Ölkələrimiz, dünya cəmiyyətinin məsul nümayəndələri ilə çiyin-çiyinə terrorizmə qarşı çıxmaq, insanlara qarşı nifrət dolu ideologiyalarını kökündən məhv etməyə nail olacaq".
 
Rusiya prezidenti həmçinin, Misirdə törədilən terror aktlarında həlak olanların ailə və yaxınlarına başsağlığını bildirərək, yaralıların tezliklə sağalmağını istədiyini qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru