Putin: `Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur`

Putin: `Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur`

Amma beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır
 
 Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib ki, Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur.
 
"Report" xəbər verir ki, bu barədə teleşirkətin məlumatında bildirilir.
 
Onun sözlərinə görə, NATO üzrə müttəfiqləri ABŞ-ın raket zərbəsini şərh edərkən, nə baş verdiyini təhlil etmədən, Çin kötükləri kimi baş yellədir.
 
"Hardadır Suriya qoşunlarının kiməyi silah tətbiq etməsinə dair sübut? Yoxdur. Amma beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır", - deyə Putin bildirib.
 
Ötən gün Rusiya prezidenti Suriyadakı kimyəvi silah məsələsini ABŞ-ın 2003-cü ildə eyni adla İraqa daxil olması ilə müqayisə edib. /

Google+ WhatsApp ok.ru