Putin: `Yanukoviçin Ukraynadan çıxarılmasına mən göstəriş vermişəm`

Maide.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, o, 2014-cü ilin fevralında Viktor Yanukoviçin həyatının xilas edilməsinə və Krımın Rusiya tərəfindən ilhaqı planına start verilməsinə dair göstəriş verib.
 
Qarşıdakı günlərdə işıq üzü görəcək sənədli filmdən götürülən anons videoda Putin deyir ki, o, Rusiya təhlükəsizlik və hərbi rəsmilərini Kremlə çağıraraq onlara Yanukoviçin Ukraynada çıxarmağa hazırlaşmaq göstərişi verib.
 
"Biz onu quru, su və hava yolları ilə Donetskdən çıxarmağa hazırlaşdırq" - deyə Putin bildirib. Onun sözlərinə görə, Yanukoviçi xilas əməliyyatı 2014-cü il fevralın 22-23-də həyata keçirilib.
 
Kremldəki toplantının sonunda isə Putin bu sözləri deyib: "Bizim Krımı Rusiyaya qaytarmaq işlərinə başlamağa dair öhdəliyimiz var".

Google+ WhatsApp ok.ru