Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik” - YENİLƏNİB

Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik” - YENİLƏNİB

-- Putin deyib ki, rusiyalıların həyatını yaxşılaşdırmaq istəyir.

“ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
“Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”, - deyə o vurğulayıb.
 
Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib. 
 
***
 
Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransı başlayıb.
 
Maide.Az  Azadliq.org-a istinadən xəbər verir ki, Putinin builki mətbuat konfransına 1640 jurnalist qatılıb. Konfransına gələnlər arasında məşhur teleaparıcı Kseniya Sobçak da var.
 
Putin deyib ki, seçkiyə hakim Vahid Rusiya Partiyasından deyil, müstəqil namizəd kimi gedəcək. Vahid Rusiya hökumətə nəzarət eləsə də, Putin qədər populyar deyil.
 
Bu qərar Putin-in növbəti prezidentlik müddəti və sonrakı illərlə bağlı planları ətrafında spekulyasiyalar yaradıb. Belə ki, konstitusiya onun 2024-cü ildə bir daha namizəd olmasına imkan vermir.
 
 
Putin-ə ilk sual “Govorit Moskva”dan gəlir:
 
“Seçkiyə niyə gedirsiz, məqsədiniz, missiyanız nədir, Rusiya üçün nə etmək istəyirsiz?”
 
Vladimir Putin: “Rusiyanı necə görmək istədiyim barədə dəfələrlə danışmışam… O, müasir, siyasi sistemi çevik olmalıdır, iqtisadiyyatı yüksək texnologiyalar üzərində qurulmalıdır”.
 
Putin deyib ki, rusiyalıların həyatını yaxşılaşdırmaq istəyir. Onun sözlərinə görə, hakimiyyət Rusiya vətəndaşlarının gəlirlərinin artırılmasına diqqət ayırmalıdır və bu, infrastruktur, təhsil və səhiyyə sistemində dəyişikliklərdən ötrü vacibdir.
 
İqtisadiyyatla bağlı suala cavabında Putin deyib:
 
“Nəyin hesabına artırıq? Bəlkə daha çox traktor, dəzgah, kompüter buraxmağa başlamışıq?.. Artımın əsas səbəbi odur ki, 2014 və 2015-ci illərdə yaşadığımız iki şoku üstələmişik – enerjidaşıyıcılarının qiymətinin kəskin düşməsini və xarici məhdudiyyəti, necə deyərlər, sanksiyaları. Əminliklə deyirəm, sanksiyaların təsiri olmayıb, amma hər halda, təsirini göstərdi. İqtisadiyyat daha çox daxili tələbata arxalanmağa başladı”.
 

 

Qeyd edək ki,  Putin ilk dəfə 2000-ci ildə prezident postuna keçib və bu, artıq onun 13-cü illik mətbuat konfransıdır.
 
Ötən ilin dekabrında 3 saat 53 dəqiqə davam edən tədbirdə Putin 50 suala cavab vermişdi. Ən uzun mətbuat konfransı isə 2008-ci ildə keçirilib, dörd saat 39 dəqiqə çəkib.
 
İllik mətbuat konfransından əlavə, Putin həm də hər il rusiyalıların suallarını Birbaşa Xətt vasitəsiylə cavablandırır.
 
Putin hər il parlamentdə də çıxış edir. Dekabrın 1-nə planlaşdırılan builki çıxış ertələnib. Təsdiqlənməmiş məlumatlara görə, Putin çıxışını gələn ilin fevralında – 18 mart seçkisindən bir neçə həftə öncə edəcək.
 
XƏBƏR YENİLƏNƏCƏK 
Putin ilk dəfə 2000-ci ildə prezident postuna keçib və bu, artıq onun 13-cü illik mətbuat konfransıdır.
 
Ötən ilin dekabrında 3 saat 53 dəqiqə davam edən tədbirdə Putin 50 suala cavab vermişdi. Ən uzun mətbuat konfransı isə 2008-ci ildə keçirilib, dörd saat 39 dəqiqə çəkib.
 
İllik mətbuat konfransından əlavə, Putin həm də hər il rusiyalıların suallarını Birbaşa Xətt vasitəsiylə cavablandırır.
 
Putin hər il parlamentdə də çıxış edir. Dekabrın 1-nə planlaşdırılan builki çıxış ertələnib. Təsdiqlənməmiş məlumatlara görə, Putin çıxışını gələn ilin fevralında – 18 mart seçkisindən bir neçə həftə öncə edəcək.
 

Google+ WhatsApp ok.ru