Putin 2019-cu ilin yayında Tramp ilə görüşə bilər

Putin 2019-cu ilin yayında Tramp ilə görüşə bilər

"Böyük iyirmilik" sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin iyununda keçiriləcək G20 sammitində amerikalı həmkarı Donald Tramp ilə görüşə bilər.
 
Maide.az “Report”a istinadla xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov "Rusiya 1" telekanalına müsahibəsində deyib.
 
"Əgər beynəlxalq forumlardan danışsaq, onda iyun ayında G20 çərçivəsində ola bilər. Ancaq mənə elə gəlir ki, biz və həmkarlarımız üçün bunadək görüşməkdən ötrü variant tapmaq çox vacibdir", - deyə Uşakov bildirib.
 
"Böyük iyirmilik" sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək.
 
Bundan əvvəl Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib.

Google+ WhatsApp ok.ru