Putin amerikalı aktyor Stiven Siqala Rusiya vətəndaşlığı verdi

Putin amerikalı aktyor Stiven Siqala Rusiya vətəndaşlığı verdi

Rusiya Prezidenti Vladimir Putin məşhur ABŞ aktyoru və prodüseri Stiven Siqala RF vətəndaşlığının verilməsi barədə fərman imzalayıb. Bu fərman Kremlin rəsmi saytında dərc olunub.
 
Maide.Az bildirir ki, Siqal, dünyanın ən böyük liderlərindən biri kimi səciyyələndirdiyi Putin ilə yaxın dostdur. 
 
Putinin sözçüsü, Siqalın Rusiyaya qarşı bəslədiyi sevgiyə və məşhur aktyor olmasına görə Rusiya vətəndaşlığı verildiyini deyib.
 
Qeyd edək ki. Putin üç il əvvəl Siqalın Rusiyanın Kaliforniya və Arizona fəxri konsulu olmasını təklif etmişdi.
 
Nənəsi Rusiyanın uzaq şərqindəki Vladivostokdan olan Siqal, son illərdə Rusiya tez-tez səfər edir.
 
Bundan əvvəl aktyor kinofestival çərçivəsində Yujno-Saxalinsk şəhərində olmuş və Rusiyanı çox sevdiyini demişdi. O, jurnalistlərə açıqlamasında Saxalin bölgəsində biznes fəaliyyəti üçün yaxşı mühitin olduğunu və gələcəkdə Rusiya vətəndaşlığı ala biləcəyini bildirmişdi.
 

Google+ WhatsApp ok.ru