Putin Amerikanın əsas brendini çökdürür

Rusiya ölkədəki McDonald's restoranlarında yoxlamaları genişləndirir. Rusiya mediasının məlumatına görə, ərzaq təhlükəsizliyinə nəzarət edən Rospotrebnadzor avqustun 21-də Sverdlovsk və Tatarıstanda yoxlamalar aparıb. Krasnodar regionunda və Başqırdıstanda yoxlamalar ayın sonuna qalıb.
 
Rospotrebnadzor avqustun 20-də Moskvada 5 McDonald's restoranında yoxlamaya başlayıb və onlardan 3-nün əməliyyatlarına müvəqqəti qadağa qoyub. Səbəb kimi sanitar normaların “saysız” pozuntuları göstərilib.
 
Rospotrebnadzor-dakı mənbə bu addımın Qərbin Moskvaya iqtisadi sanksiyalarına cavab olub-olmaması barədə sualı cavablandırmayıb. Birləşmiş Ştatlar və digər ölkələr Rusiyaya Ukrayna böhranına görə sanksiyalar qoyub.
 
McDonald's-ın İlinoys ştatındakı baş ofisi bildirir ki, qərarı öyrənir və “restoranların mümkün qədər tez yenidən açılması üçün nə etməyin mümkünlüyünü” araşdırır.

Google+ WhatsApp ok.ru