Putin Avropanı hədələyib

“Əgər istəsəm, Rusiya ordusu 2 günə Riqa, Varşava və Buxarestə daxil olar”

“Əgər istəsəm, Rusiya ordusu 2 günə Riqa, Varşava və Buxarestə daxil olar”. Maide.az-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Petr Poroşenkoya deyib. Bu məlumatı Avropa İttifaqının (Aİ) protokoluna istinadən “Süddeutschen Zeitung” qəzeti yayıb.
 
Məlumatda deyilir ki, Poroşenko Putinin bu sözlərini Avropa komissiyasının sədri Joze Manuel Barrossoya çatdırıb.  
 
Bu söz Putinin Barrosso arasındaki telefon danışığını xatırladır.
 
Qeyd edək ki, telefon danışığı zamanı Rusiya prezidenti Avropa komissiyasının sədrinə bildirmişdi ki, əgər istəsəydim, Kiyevi iki günə götürərdim. Barosso Putinin bu sözlərini avqust ayının axırlarında Brüsseldə keçirilən Avropa İttifaqı sammitində, Qərb ölkələrinin rəhbərlərinə çatdırıb. Kreml də öz növbəsində Borossonu şəxsi söhbəti ictimailəşdirdiyi üçün sərt tənqid edib.
 
Protokolda qeyd olunub ki, Ukrayna prezidenti bu sözləri deməklə Aİ-ni Putinin aqressiyasından qorumaq istəyib.
 
Rusiya Prezidentinin səyi Aİ-nin Ukraynadakı nüfuzunu yox dərəcəsinə endirməkdir.
 
Görünən odur ki, Avropa ölkələri Rusiyaya yeni sanksiyalarını tətbiq etməyə heç də tələsmir. Buna səbəb Ukraynada müvəqqəti atəşkəsin bərpa edilməsidir. 
Həmçinin protokolda qeyd olunub ki, Aİ ilə Ukrayna arasındakı azad ticarət zonası barədə sənədlərinin imzalanmasının təxirə salınması da məhz Putinin Poroşenko arasındaki əldə olunan razılaşmaya görədir. Putin Ukraynayla Aİ arasındaki assosiasiyanın tam əleyhinədir.
 
Xatırladaq ki, Ukrayna parlamenti Aİ ilə Ukrayna arasındaki assosiasiya sazişini ratifikasiya edib. Həmçinin parlament üsyançıların nəzarət etdiyi ərazilərə xüsusi status verilməsini haqda da qanun qəbul edib. 

Google+ WhatsApp ok.ru