Putin böhran vaxtı nəyə qənaət edilməli olunduğunu AÇIQLADI -YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin birbaşa bağlantı zamanı iqtisadi böhran fonunda şəxsən nəyə qənaət etməyə başladığını açıqlayıb.
 
Maide.az report-a istinadən bildirir ki, məsələylə bağlı suala cavab verərəkən V.Putin belə deyib: "Vaxta qənaət etdik. Bu, bizim üçün ən qiymətli şeydir".
 
Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlı sualı cavablandıran dövlət başçısı "Rusiyada iqtisadi vəziyyət hələ düzəlməyib, lakin müsbət tendensiyalar var" - deyib.
 
 
***
Rusiya Türkiyəni dost hesab edir, lakin ayrı-ayrı siyasətçilərlə problem var.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 
O bildirib: "Türkiyə xalqı bizə dost xalqdır. Şübhəsiz ki, onunla ən mehriban, dost münasibətlər quracağıq. Lakin Türkiyənin ayrı-ayrı siyasətçiləri ilə problemimiz var. Onların davranışını adekvat hesab etmirik. Biz buna müvafiq qaydada reaksiya veririk".

Google+ WhatsApp ok.ru