Putin bütün dünyanın gözlədiyi suallara cavab verir - CANLI YAYIM

Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı başlayıb. Bu sayca 10-cu böyük konfransdır. 
 
Mətbuatla böyük görüş Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, görüşdə əsasən Rusiya iqtisadiyyatı, rublun vəziyyəti, beynəlxalq vəziyyət barədə sualların olacağı gözlənilir. 
 
O, qeyd edib ki, bu ilki mətbuat konfransına ümumilikdə 1259 jurnalist akreditasiyadan keçib. Putin əcnəbi və yerli jurnalistlərin verə biləcəkləri ən çətin sualları belə cavablandırmağa çalışacaq. Zalda 8 ukraynalı jurnalistin olduğu bildirilir. 
 
Qeyd edək ki, ötən il mətbuat konfransı 5 saata yaxın davam etmişdi və bu konfransda 100-dən çox suala cavab verilmişdi. 

Google+ WhatsApp ok.ru