Putindən viza jesti

Putindən viza jesti

-- dünya çempionatı oyunlarını izləmiş azarkeşlərə il sonuna qədər Rusiya yenidən gələrkən...

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən dünya çempionatından sonra açıqlama verib.
 
Maide.az Posta-ya istinadən xəbər verir ki, Putin dünya çempionatı oyunlarını izləmiş azarkeşlərə il sonuna qədər Rusiya yenidən gələrkən viza tətbiq edilməyəcəyini bildirib:
 
“Çempionat zamanı milyonlarla insanın Rusiyanı yaxından tanımaq fürsəti oldu. Bir çox insan ölkəmiz haqqında fikirlərini dəyişdi. Bu, bizim üçün önəmli nəticədir. Onlar yenidən ölkəmizə gəlmək istəyə bilərlər. Ona görə də il sonuna qədər həmin azarkeşlərə viza tətbiq edilməyəcək”.
 
Qeyd edək ki, azarkeşlər mundial zamanı Rusiyaya gələrkən “Fun ID” adlı vəsiqə almış və Rusiyaya giriş-çıxışlarda viza bəyan etməmişdilər. Həmin vəsiqə il sonuna qədər qüvvədə olacaq.
 

Google+ WhatsApp ok.ru