Putin Ermənistanı və Azərbaycanı atəşi dayandırmağa çağırıb

"Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir".
 
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu V. Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya prezidenti münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırıb.

Google+ WhatsApp ok.ru