Putin Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəklədi

Putin Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəklədi

-- Fələstinlilərlə Həmrəylik Gününü münasibətilə..

Rusiya prezidenti Vladimir Putin, ölkəsinin Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu dəstəklədiyini açıqlayıb. 
 
Maide.Az “İqna”-a istinadən xəbər verir ki, Viladimir Putin  Fələstinlilərlə Həmrəylik Gününü münasibətilə  Fələstin rəhbərliyinin prezidenti Mahmud Abbasa bir mesaj göndərək öz dəstəyini  açıqlayıb. 
 
V.Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və Yaxın Şərq kvartetində yerləşən Rusiya Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəkləmək üçün prinsipial mövqe tutduğunu vurğuladı.
 
Rusiya prezidenti, Fələstin torpaqlarının azad olması və ölkənin paytaxtının Qüds olmasının gərəkli olduğunu vurğulayıb. 
 
 

Google+ WhatsApp ok.ru