Putinin nüvə hədəsi Qərbi silkələdi

Rusiya prezidenti Vladimir Putinin  Qərbi nüvə silahı ilə hədələməsi faktı dünya mediasında  müxtəlif aspektlərdən təhlil olunmaqdadır. 
 
“ Foreign Policy“ jurnalı da bu məsələyə önəm verib. Qeyd edək ki,  qlobal siyasi səhnədə gedən strateji dəyişikliklərə və yeni yaranan siyasi meyllərin vurğulanmasına xüsusi diqqət göstərən jurnalın Putinin nüvə hədəsinə belə operativ münasibət bildirməsi təsadüfi sayıla bilməz. Beynəlxalq siyasi dairələrdə xüsusi çəkisi olan jurnalının analitiki Ceffri Lyus  yazır:  “Bizcə, bütün tənqidçilər yanılırlar. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton hələ 2008-ci ildə öz həmkarı Sergey Lavrova nüvə silahının istifadəsi ilə bağlı düymənin basılma ehtimalını aradan qaldırılması ilə bağlı qarantilər vermişdi. İndi isə hansısa zarafatcıl birisi itib getmiş nüvə gərginliyin yenidən 1968-ci ilə qaytarıb “.
 
Qeyd edək ki, Ceffri Lyus  Nüvə Silahının yayılmaması ilə bağlı Ceymis Martin adına mərkəzin əməkdaşıdır. Nivə məsələsi ilə əlaqəlı önəmli bilgilərə sahib olan analitik qeyd edir ki, Moskva ilə Qərb arasında yenidən “Söyuq Müharibə“ erasına qaydış ehtimalı mövcud deyil, sadəcə bu ehtimalla bağlı prezident Putinin bu günlərdə səsləndirdiyi bəyanat var.  Məktəb müəllimləri qarşısında çıxış edən cənab Putin bizi nüvə silahı ilə hədələdi:  
 
“Xatırlatmaq istəyirəm ki, Rusiya dünyanın ən güclü nüvə ölkələrindən biridir. Bu sadəcə gəlişi gözəl söz deyil, bu, həyatın reallığıdır. Biz bizə qarşı nüvə silahının istifadəsindən sığortalanmaq üçün gərəkən addımları atırıq, öz ordumuzu daha da gücləndiririk“, prezident Putin Seliqerdə belə demişdi. 
 
“Düşünmürəm ki, hansısa nüvə ölkəsi düşünüb daşınmadan ABŞ-a, hətta onun müttəfiqinin paytaxtına nüvə zərbəsi endirməyə cəsarət etsin. Bu fikri ABŞ-a da şamil etmək gərəkir. Vaşinqton heç vaxt Rusiya ilə nivə müharibəsinə başlamaz“, nüvə üzrə analitik yazır. 
 
Snayderin nəzəriyyəsinə əsasən nüvə ölkələri iki cür düşünə bilərlər. Birincisi budur ki, onlar hər hansı bir addımı atarkən ortada mövcud olan məhdudiyyətləri nəzərə almalıdırlar. İkinci yanaşma isə belə ola bilər ki, nüvə silahına malik olan heç bir ölkə bu silahdan istifadəyə cəsarət edə bilməz. Onlar problemlərini nüvə silahının istifadəsinə qədər mümkün olan müstəvidə həll etməyə çalışarlar; yəni ortada gözəgörünməyən bir nüvə sərhəddi var, onu keçməyə kimsə cəsarət etməz…
 
Nüvə silahının məhdud çərçivədə istifadəsi ilə bağlı fikirlər hələ prezident Niksonun vaxtında mövcud idi. Prezident Karterin və Reyqanın dönəmində də bu mövzu gündəlikdən düşmədi. Amerika hərbçilərinin nüvə silahının tətbiqi ilə bağlı hazırladığı bütün planlar siyasi qərarlar verənlər üçün o qədər də önəmli deyil. Amerika siyasi elitası Moskva və digər nüvə güclərinin Vaşinqtona qarşı arzuolunmaz ssenarilərə malik ola biləcəyi ehtimalını həmişə diqqətdə saxlayırlar, ABŞ üçün risk elementinin yarana biləcəyidən kənarda qalmağa çalışırlar: “Nəticədə ABŞ-da nüvə silahı ilə bağlı özünə inamsızlıq yaranır. Bu işdə qəralı və cəsarətli olmaq o qədər də asan deyil“, müəllif yazır. 
“Xöşbəxtlikdən Putin biz düşündüyümüz qədər də “bərkgedən“  deyil. Və şübhə edirəm ki, o, bütün aqressiv bəyanatlarına baxmayaraq məhdud çərçivədə də olsa, nüvə silahından istifadə etməyə qərar versin”. 
 
“Putinin strategiyasındakı ana xətt Almaniya ilə bağlıdır. Əslində daha çox neytrallıq nümayiş etdirən bu ölkə NATO-ya imkan vermir ki, şərq sərhədlərində ciddi təhlükəsizlik zonası yarada bilsin.  Hələ SSRİ var olanda onlar birləşmiş Almaniyanın NATO-ya qoşulmasının qarşısını almağa çalışırdılar. Bu mənada Rusiya prezidentinin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin ad günündə görünməsi təsadüfi deyil. O, həmçinin “1989-cu ildə Almaniyaya tankları göndərərədim” bəyanatından doğan suallardan da yayınmağa çalışır”.
 
“Bundan başqa, o da etiraf olunmalıdır ki, Putin haqlıdır. Belə ki, Rusiya həqiqətən də dünyanın ən güclü nüvə ölkələrindən biridir. Biz həqiqətən də bu şəxslə nüvə müharibəsinə başlamaq fikrində deyilik. Həm də Rusiyanın Qərbdə qorxu yarada biləcək imkanları var. Bu imkan isə ona sudan quru çıxmaqda həmişə yardım edib”. 
 
Müəllif deyir ki, Qərbdə Putini Hitlərə bənzətmək, ona “Putler” deməklə bu kimi problemlər çözülməz. ABŞ Putinin planını və əsas strateqiyasını bilməldir. Üstəlik, bu strategiyanın iflası üçün addımlar atmalıdır. Əgər biz buna nail olsaq, Rusiya heç vaxtı Qərbi nüvə silahı ilə bir daha şantaj etməyəcək...

Google+ WhatsApp ok.ru