Putinin Rusiyadan qaçan məşhur kəşfiyyatçısı ömrünün sonlarında İslamı belə qəbul etdi -VİDEO

Putinin Rusiyadan qaçan məşhur kəşfiyyatçısı ömrünün sonlarında İslamı belə qəbul etdi -VİDEO

-- `Ata, mən İslam dinin qəbul etmişəm`

Xristian kimi xaç suyuna salınan, müsəlman kimi dəfn olunan kəşfiyyatçı. Uzun illər Federal Təhlüksizlik idarəsində zabit işləyən Aleksandr Litvinenkonun qəribə həyatı olub.

Sizə bir insanın qəribə taleyini təqdim edirik. Rusiya Federal Təhlükəsizlik idarəsinin sabiq əməkdaşı Londonda ağır xəstəliklə çarpışan zaman onun haqqında bir çox mətbuat orqanları yazdılar. Ən ümdəsi isə onun xəstəliklə mübarizə aparan zaman İslamı qəbul etməsi böyük səs-küy yaratdı.

 

Həyat yoldaşı onun haqqında belə danışır: "O xaç suyuna salınmış və bütün ömrü boyu provaslav kimi yaşamışdır. Keçən ilin martında İsraildə olmuşdu və orada müqəddəs yerlərə baş çəkmişdir. O yerlərə baş çəkə bildiyinə görə Pasxa öncəsi o qədər məmnun idi ki... Sonda baş verənlər isə mənim fikrimcə məntiqi sonluq idi. O artıq daha bir inancın fərqində idi. Bu hansısa bir dini inaca qarşı gəlmək deyil, bu dərketmədir. Milyonların, milyardların inandığı bir dərketmədir. Bəlkə də milyardlar deyə bilərəm, çünki bilmirəm dünyada nə qədər insan..."(kövrəlir.. red)

"Axı İslam monoteist dinlərin ziddinə deyil, İslam özü xristian dinini və xristianları tanıyır (haqlarını)"- jurnalist deyir. 

 

Litvinenkonun həyat yoldaşı təsdiqləyir: "Bəli, bunu mənə müsəlmanlar da deyiblər. Onu dininə xəyanət etməkdə ittiham etdilər. Halbuki o belə etməmişdi. Düşünürəm ki, həmin insanlar heç öz dediklərinə də inannmırlar. Elələri həmişə zidiyyət axtarmaqla məşğuldurlar. Onlar birləşməyi, bir olmağı düşünmürlər. Amma Saşa bunu edə bildi."

 

Atası: "Saşa məni görəndə gözlərini açdı və "Əhməd, atama stul ver!"- deyə səsləndi. Mən oturdum. "Mənim səninlə ciddi söhbətim var" -dedi. Elə bir ağır vəziyyətdə idi ki, o halda danışmaq istəyirdi. "Ata, mən İslam dinin qəbul etmişəm" dedi. Mən oturmuşam və ona iki ikona gətirmişdim, bacısı göndərmişdi. Allah ki, birdir, ona xidmətlər də birdir. Mən düşünürəm ki, elə Saşanın dünyadakı missiyası bu idi. Xristianları və müsəlmanları birləşdirmək. Bir vahidlik idi, onun missiyası." (İslaminSesi)

 

Google+ WhatsApp ok.ru