Putinin səhhəti ilə bağlı gözlənilməz iddia

Putinin səhhəti ilə bağlı gözlənilməz iddia

Rusiya xarici siyasət mütəxəssisi və akademik Valeri Solovey, Kremlə yaxın Moskovski Komsomolets saytına verdiyi bir müsahibədə, Rusiya lideri Vladimir Putinin səhhətində yaranan problemlərə görə, vəzifədən gedəcəyini iddia edib.
 
Maide.Az xəbər verir ki, xəbər qısa zaman ərzində 50 mindən çox insan tərəfindən oxunsa da 3 saat sonra silinib.
 
Məlumat üçün bildirək ki, xəbərdə Moskva Dövlət Universitetinin professoru Valeri Soloveyin fikirləri yer alıb . Xarici siyasət üzrə mütəxəssis olan professor Solovey Rusiya liderinin 2017-ci ildə vəzifədən gedəcəyinə işarə edib.
 
Bundan başqa, xəbərdə o da iddia edilib ki, prezident postundan gedən Vladimir Putini Baş nazir Dmitri Medvedev və ya Aleksey Dyumin əvəz edəcək. Sözügedən xəbər qərb mediasında səs-küyə səbəb olsa da, Kreml bu barədə açıqlama verməkdən imtina edib.
 
 

 

Google+ WhatsApp ok.ru