Putinin Türkiyəyə səfəri başlayır

Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının 5-ci Toplantısında iştirak etmək üçün Türkiyəyə gedəcək.
 
Maide.az xəbər verir ki, Putinin başçılıq etdiyi nümayəndə heyəti bu gün günorta saatlarında Ankaraya rəsmi səfər həyata keçirəcək.
 
Putin üçün Prezident Sarayında qarşılanma mərasimi keçiriləcək. Mərasimdən sonra Putin və Prezident Rəcəb Tayyib Ərdoğan təkbətək görüşəcək.
 
Daha sonra Ərdoğanla Putinin həmsədrliyində Türkiyə Cumhuriyəti - Rusya Federasiyasının Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci İclası keçiriləcək.
 
İki ölkədən əlaqədar nazirlərin da qatılacağı toplantıda Rusiya-Türkiyə arasındakı ikitərəfli münasibətlər geniş şəkildə müzakirə olunacaq, həmçinin iki ölkəni maraqlandıran əsas regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Google+ WhatsApp ok.ru